ABŞ Suriyadakı hakimiyyətlə diplomatik münasibətləri dayandırıb
19 mart 2014 04:33 (UTC +04:00)

ABŞ Suriyadakı hakimiyyətlə diplomatik münasibətləri dayandırıb

0

Vaşinqton Dəməşqdəki rejimə  Suriyadakı səfirliyinin fəaliyyətini dayandırdığını bildirib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Suriyanın Miçiqan və Texasdakı konsulluğunun da fəaliyyətini dayandırmasının vacibliyi haqda xəbərdarlıq edib.

 

Vaşinqton onu da tələb edib ki, ABŞ vətəndaşı olmayan Suriya diplomatik missiyasının əməkdaşları təcili olaraq, ştatlar ərazisini tərk etməlidir.

 

Ağ Evin Suriya üzrə özəl təmsilçisi Daniel Rubenşteynin sözlərinə görə, Suriyadakı rejimin başçısı Bəşar Əsədin təyin etdiyi şəxslərin ABŞ ərazisində fəaliyyətini davam etdirməsi qəbuledilməzdir.

 

Rubenşteyn deyib ki, Əsəd istefa verəcəyi halda ölkəsi Suriya ilə diplomatik münasibətləri bərpa etməyə hazırdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 690

Oxşar yazılar