ABŞ İrana dair sanksiya siyahısından 400-dək şirkət və fiziki şəxsi çıxarıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib.
“ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi ABŞ İrana dair sanksiya siyahısından 400-dək şirkət və fiziki şəxsi çıxarıb, lakin 200-dək İranla əlaqəli şəxs siyahıda qalacaq”, deyə məmur bildirib.