ABŞ rusiyalı vəzifəlilərə sanksiya tətbiq edib
06 mart 2014 23:09 (UTC +04:00)

ABŞ rusiyalı vəzifəlilərə sanksiya tətbiq edib

«Ukraynanın suverenliyi və ərazi bütövlüyünü» təhdid edən məmurlara qarşı ABŞ viza məhdudiyyəti ilə bağlı sanksiya tətbiq ediləcək.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Ağ ev bu haqda bildiriş yayıb.

 

Bundan başqa Ukraynanın ərazi bütövlüyünü pozulmasında iştirak edən rusiyalı və ukraynalıların ABŞ-dakı bank hesabları dondurulacaq.

 

 

ABŞ prezidenti Barak Obama Ukraynanın ərazi bütövlüyü, suverenliyi, sabitliyini, təhlükəsizliyini, sülhü təhdid edən, ölkədəki demokratik prosesləri əngəlləyən və ya onu təşkil edən fiziki şəxs, yaxud təşkilatlara sanksiya tətbiqi ilə bağlı sərəncam imzalayıb.

 

 

Bundan başqa ABŞ Ukraynada yaranmış vəziyyətdə iştirak edənlərin daşınmaz əmlakını da  həbs edəcək. 

# 884
avatar

Oxşar yazılar