ABŞ Rusiya sərhədlərinə beşinci nəsil qırıcılarını göndərir
16 iyun 2015 07:08 (UTC +04:00)

ABŞ Rusiya sərhədlərinə beşinci nəsil qırıcılarını göndərir

ABŞ Rusiya tərəfindən olan təhlükə ilə əlaqədar Avropada “F-22 Raptor” tipli  beşinci nəsil qırıcı təyyarələrini yerləşdirə bilər. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “The Wall Street Journal” məlumat yayıb.      

 

Məlumata görə, bu barədə Le Burjedə 51-ci Beynəlxalq Aerokosmik Sərgisində çıxışı zamanı ABŞ Hərbi-Hava Qüvvələrinin naziri Debora Li Ceyms bildirib.  

 

“Mənim  fikrimcə, Rusiyada baş verənlər  ən böyük təhlükədir. Bu mənim burada olmağımın əsas səbəblərindən biridir”, deyə nazir qeyd edib.

 

O qeyd edib ki, Krım Rusiyaya birləşdirildikdən sonra Rusiyaya məxsus döyüş təyyarələri  tez-tez Avropa sərhədləri boyunca uçuşlar etməyə başlayıb.  

 

Li Ceyms sərgi çərçivəsində NATO tərəfdaşları ilə hərbi xərclərin artırılması məsələsini müzakirə etmək niyyətində olduğunu qeyd edib.

 

Qeyd edək ki, bu ərəfədə Estoniya ölkədə NATO qüvvələri kontingentinin artırılmasını xahiş edib.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 290
avatar

Oxşar yazılar