ABŞ ordusu İŞİD mövqelərini bombaladı
16 sentyabr 2014 10:43 (UTC +04:00)

ABŞ ordusu İŞİD mövqelərini bombaladı

ABŞ ordusu Bağdadın cənub-qərbindəki İŞİD mövqelərini bombalayıb. Lent.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ silahlı qüvvələrinin mərkəzi komandanlığı (CENTCOM) məlumat yayıb.

 

Paytaxt Bağdadın cənub-qərbində təşkil olunan hava hücumları Barak Obamanın İŞİD-lə mübarizə strategiyasını elan etməsindən sonra həyata keçirilib.

 

Hücum zamanı İŞİD-in strateji postu məhv edilib, eyni zamanda Sincar yaxınlığında İŞİD-ə aid altı avtomobil sıradan çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1069
avatar

Oxşar yazılar