APA-nın xəbərinə görə, bu barədə Dövlət Departamentinin yaydığı məlumatda deyilir.
ABŞ dövlət katibi Con Kerri vaxtilə Rusiyan baş nazirinin müavini olmuş B. Nemtsovun qətlindən çox təsirləndiyini və kədərləndiyini bildirib. “Boris Nemtsovhəyatını demokratik, çiçəklənən, açıq Rusiyaya həsr edib. O, Birləşmiş Ştatlar da daxil olmaqla, Rusiyanın tərəfdaş və qonşu ölkələrlə güclü münasibətlər qurmasını istəyirdi. B. Nemtsov bir çox vəzifələrdə çalışıb. Bütün vəzifələrdə o, islahatlar həyata keçirən Rusiya üçün çalışıb. Nemtsovun yoxluğu Rusiyada və bütün dünyada hiss olunacaq”,- deyə Con Kerrinin müraciətində deyilir.