ABŞ administrasiyası Kuba ilə bərə əlaqəsinin həyata keçirilməsi layihəsini dəstəkləyib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press” məlumat yayıb.
Meksikada sərnişindaşımanı həyata keçirən Baja Ferries şirkəti ABŞ Maliyyə Nazirliyi tərəfindən mayın 5-də ABŞ və Kuba arasında bərə əlaqəsinin təşkili üçün lisenziya verildiyini bildirib.
Şirkət nümayəndəsi Robert Muza Kuba hakimiyyəti ilə müvafiq rəsmi sazişin hələlik imzalanmadığını, lakin sərnişindaşımanın və mal dövriyyəsinin artmasının hər iki dövlət üçün faydalı olacağını bildirib.
Qeyd edək ki, bundan əvvəl JetBlue aviaşirkəti iyulun əvvəlindən Con Kennedi adına hava limanından Havana aeroportuna birbaşa uçuşların həyata keçiriləcəyini bildirib.