ABŞ Krıma qarşı sanksiyaları genişləndirdi
20 dekabr 2014 02:53 (UTC +04:00)

ABŞ Krıma qarşı sanksiyaları genişləndirdi

ABŞ Ukraynada davam edən böhranla əlaqədar Krıma qarşı sanksiyaları genişləndirib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, prezident Barak Obamanın fərmanına əsasən, ABŞ vətəndaşlarına Krım regionuna hər hansı investisiya yatırmasını qadağan edilib.

 

Fərman Krımdan malların, xidmətlərin və texnologiyaların ABŞ-a idxalını, həmçinin ABŞ-dan malların satışını və təchizatını, xidmətlərin və texnologiyaların ixracını və təkrar ixracını qadağan edir.

 

Bundan əvvəl Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiqini bəyan etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 247

Oxşar yazılar