ABŞ-ın İstanbuldakı konsulluğuna hücum hazırlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıb. APA-nın DHA-ya istinadən verdiyi xəbərə görə, ötən gün axşam saatlarında saxta pasportlarla saxlanılan suriyalıların İŞİD terror qruplaşmasının üzvləri olduğu ehtimal edilir. İki gün əvvəl qeyd olunan iş üzrə bir nəfərin – Suriya vətəndaşı Məhəmməd Rahil əl Hardaninin saxlanılması barədə məlumat verilmişdi.
Qeyd edək ki, keçən həftə Mərkəzi Kəşfiyyat İdarəsi və Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MIT) İŞİD silahlılarının ABŞ-ın Türkiyədəki mühüm obyektlərinə - səfirlik, konsulluq və hərbi bazalarına hücum törətməyi planlaşdırdığını bildiriblər.