ABŞ kəşfiyyatı Rusiya təyyarəsinin İŞİD tərəfindən vurulduğunu zənn edir
05 noyabr 2015 08:17 (UTC +04:00)

ABŞ kəşfiyyatı Rusiya təyyarəsinin İŞİD tərəfindən vurulduğunu zənn edir

0

ABŞ xüsusi xidmət orqanları Misirdə qəzaya uğradığı hesab edilən Rusiya təyyarəsinin İŞİD tərəfindən məhv edilməsi  versiyasını daha üstün tuturlar. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə CNN telekanalı ABŞ kəşfiyyatındakı mənbəyə istinadən məlumat yayıb.     

 

Mənbə qeyd edir ki,  ABŞ xüsusi xidmət orqanları tərəfindən faciə ilə əlaqədar  hələ ki  heç bir  formal rəy elan edilməyib.

 

Qeyd edək ki, Rusiya XİN-i bundan əvvəl hadisənin səbəblərinə dair vaxtından əvvəl, tələsik versiyalar irəli sürməməyə çağırıb.  

 

Xatırladaq  ki, qəza baş verdiyi gün, mətbuatda İŞİD-in faciə ilə əlaqəli olduğu barədə məlumatlar yayılmışdı, lakin bu məlumatlar rəsmi qurumlar tərəfindən dəfələrlə təkzib edilib.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 381

Oxşar yazılar