ABŞ İranın “dondurulmuş” pulunun bir hissəsini də qaytarıb
18 aprel 2014 05:47 (UTC +04:00)

ABŞ İranın “dondurulmuş” pulunun bir hissəsini də qaytarıb

ABŞ hakimiyyəti İranın hesabındakı maliyyə vəsaitinin bir hissəsini də Tehrana qaytaracaq.

 

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, ABŞ dövlət departamentinin mətbuat katibi Mari Harf jurnalistlər üçün keçirdiyi brifinqdə deyib ki, İranın hesabındakı dondurulmuş maliyyə vəsaitindən daha 450 milyon dollar geri veriləcək.

 

Onun sözlərinə görə, İran uranın zənginləşdirilməsi ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin tələbini yerinə yetirdiyi üçün bu qərar verilib.

 

 

Xatırladaq ki, bu ilin yanvarında ABŞ İranın xarici banklardakı  4,2 milyard dollarını qaytarıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492
avatar

Oxşar yazılar