ABŞ Hərbi Hava Qüvvələrinin Akademiyasına ilk dəfə qadın rəhbərlik edə bilər
02 mart 2013 14:22 (UTC +04:00)

ABŞ Hərbi Hava Qüvvələrinin Akademiyasına ilk dəfə qadın rəhbərlik edə bilər

 

ABŞ Hərbi Hava Qüvvələrinin Akademiyasının rəhbərliyinə general-mayor Mişel Consonun namizədliyi irəli sürülüb.

Lent.az-ın BBC-yə istinadən verdiyi  məlumata görə, Mişel Consonun namizədliyi Hərbi Hava Qüvvələrinin Akademiyasının Şurasında müzakirə olunmalıdır.

Əgər Hərbi Hava Qüvvələrinin Akademiyasının Şurası Mişel Consonun namizədliyini təsdiqləyərsə, o, Akademiyaya rəhbərlik edən ilk qadın olacaq. Hazırda Mişel Conson NATO-nun operativ-kəşfiyyat qərargahının rəis müavinidir. Mişel Conson iki ali təhsil alıb, 3600 saatdan çox uçuşda olub. O, yük təyyarələrinin və yanacaqdoldurma təyyarələrini idarə edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 446
avatar

Oxşar yazılar