ABŞ hərbçiləri İŞİD liderlərindən birini öldürdü, arvadını isə girov götürdü
16 may 2015 22:55 (UTC +04:00)

ABŞ hərbçiləri İŞİD liderlərindən birini öldürdü, arvadını isə girov götürdü

0

ABŞ xüsusi təyinatlıları Suriyanın şərqində keçirdikləri xüsusi əməliyyat zamanı İŞİD terror qruplaşmasının 10 silahlısını məhv edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı İŞİD liderlərindən biri Əbu Səyyaf  məhv edilib, onun həyat yoldaşı Ümm isə saxlanılıb.   

 

Məlumata görə, Əbu Səyyaf  İŞİD-in əsas gəlir mənbəyi olan neftin Suriya və İraqda qanunsuz hasilatının əsas əlaqələndiricilərindən biri olub. O həmçinin İŞİD-in hərbi əməliyyatlarında da iştirak edib.  Əbu Səyyafın saxlanılan həyat yoldaşının da terror fəaliyyəti ilə məşğul olduğu bildirir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 295

Oxşar yazılar