Ukraynadakı vəziyyətlə bağlı Ağ ev Rusiya prezidenti Vladimir Putinə qarşı sanksiya tətbiq etməkdən çox uzaqdır.
Lent.az-nın “İnterfaks”a istinadən məlumatına görə, ABŞ dövlət departamentinin təmsilçisi Cen Psaki bu haqda açıqlama verib.
“Prezident Putinlə bağlı məsələni müzakirədən öncə bir çox şəxslərə sanksiyaların tətbiq edilməsinə baxılır” - deyə, təmsilçi “tvitter”- müsahibəsində vurğulayıb.
Xatırladaq ki, aprelin 17-də “birbaşa xətdə” çıxış edən Putin onu Qərb sanksiyalarının əsas obyekti etmək səylərindən danışmışdı: “Sizə deməliyəm ki, dostlarıma görə utanmıram”.