Azərbaycan terrorçuluğa qarşı mübarizəni gücləndirməkdə davam edib.
APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin terrorçuluqla mübarizəyə dair 2013-cü il hesabatında deyilir.
“Azərbaycan ABŞ-la terrorla mübarizəyə yönəlmiş əməkdaşlığı qoruyub saxlayır, habelə Qafqaz regionunda insan alveri, çirkli pulların yuyulması ilə məşğul olan terrorçu təşkilatlara qarşı çıxış edir”, - deyə sənəddə vurğulanıb.
Hesabatda qeyd olunub ki, Azərbaycanda xeyli sayda qanunsuz silah-sursat aşkarlanaraq müsadirə edilib.
Sənəddə həmçinin Azərbaycanın müdafiə və daxili işlər nazirliklərinin terror əleyhinə tədbirlərinə qiymət verilib.