ABŞ-ın “JPMorganChase” bankı Rusiyanın Qazaxıstandakı səfirliyinə pul köçürülməsinin qarşısını alıb.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, maliyyə qurumu bunu Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə əlaqələndirib. Həmin pul “Soqaz” sığorta şirkəti üçün nəzərdə tutulubmuş.
Rusiya Xarici İşlər Nazirliyinin təmsilçisi Aleksey Lukaşeviç bankın bu qərarını “qəbuledilməz, qanunazidd və cəfəngiyyat” adlandırıb.
Bank təmsilçiləri isə baş verənlərə hələlik şərh verməyiblər.