Texniki xarakterli bəzi problemlər qalsa da, İranın nüvə proqramı üzrə sazişin icrası plan üzrə gedir. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerrini Avstriyanın paytaxtına səfərində müşayiət edən qurum nümayəndəsi bildirib.
Qeyd edək ki, hazırda Vyanada Con Kerrinin İran XİN rəhbəri Məhəmməd Cavad Zərif və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşü keçirilir.