ABŞ: "Suriyadakı xəstəxananı biz bombalamamışıq"
19 fevral 2016 03:27 (UTC +04:00)

ABŞ: "Suriyadakı xəstəxananı biz bombalamamışıq"

0

ABŞ Hərbi-Hava Qüvvələri Suriyanın İdlib şəhərindəki hospitala zərbələr endirməyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ  Hərbi-Hava Qüvvələrinin komandanı general-leytenant Çarlz Braun bildirib.   

 

“Koalisiya qüvvələri həmin ərazidə fəaliyyət göstərmir, mən buna zəmanət verirəm”, deyə general qeyd edib.

 

Qeyd edək ki, xəstəxananın bombalanması nəticəsində 5 xəstə, 1 həkim və 1 mühafizəçi ölüb.  

 

Qeyd edək ki, “Sərhədsiz həkimlər” təşkilatının nümayəndələri zərbələrin Suriya hökumət qoşunları tərəfindən endirildiyini iddia edirlər. Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiya raketinin xəstəxanaya tuş gəldiyini bildirib. Suriyanın Moskvadakı səfiri Riyad Həddad isə xəstəxananın ABŞ təyyarələri tərəfindən bombalandığını bəyan edib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar