ABŞ “gözəgörünməz” qırıcılara 10 milyard xərcləyəcək
0
0
ABŞ-ın Müdafiə Nazirliyi az görünən starteji “B-2” bombardmançıların istismar müddətinin uzadılması və modenləşdirilməsi üçün “Northrop Grumman” şirkəti ilə müqavilə imzalayıb.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, “Northrop Grumman”-un istehsal etdiyi “B-2” təyyarələrini iki nəfər idarə edir. O, yanacaq doldurmadan 11 min km uça bilir. Onun ən böyük üstünlüyü radarların bu təyyarəni aşkarlaya bilməməsidir.
Mənbə bildirib ki, ABŞ-ın Hərbi Hava Qüvvələrində 20 «B-2» modeli var. Onların orta «yaş həddi» 20 ildir.
Təyyarələr çağdaş dövrün tələblərinə uyğun olaraq, modernləşdirilir. Bombardmançıların istismar müddətinin 20-20-ci ilədək uzadılması üçün həyata keçirilən modernləşdirmə işləri 2019-cu ilin mayında başa çatmalıdır.
Məlumata əsasən, bu layihəyə Pentaqon 10 milyard dollar xərcləməyi planlaşdırır.
0
0