ABŞ Yəməndəki səfirliyinin bağlanmasına dair qərar verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters”-ə ABŞ-ın Sanadakı rəsmi nümayəndəsi bildirib. Məlumata görə, səfirliyin əməkdaşları artıq qərar barədə məlumatlıdır, ABŞ səfiri fevralın 11-də Yəməni tərk edəcək.
Agentlik bildirir ki, ABŞ maraqlarının Yəməndə qorunması üçün müvafiq xahişlə Türkiyənin və ya Əlcəzairin Sanadakı səfirliklərinə müraciət edə bilər.
Səfirliyin bağlanacağı konkret tarix hələlik məlum deyil.