ABŞ-ın Energetika Nazirliyi “Rosatom”la əməkdaşlığı dayandırıb
04 aprel 2014 06:09 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi “Rosatom”la əməkdaşlığı dayandırıb

ABŞ-ın Energetika Nazirliyi Rusiyanın “Rosatom” dövlət  şirkəti ilə əməkdaşlığı dayandırdığını bildirib.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, Rusiya bunun atom sahəsindəki bir neçə təcrübi layihələri əhatə etdiyini bəyan edib.

 

“Məsələ bir neçə texniki görüşə, özəlliklə, elmi mövzulara aiddir. ABŞ tərəfi bu addımı Rusiyanın Ukraynadakı fəaliyyəti ilə əsaslandırır ”-deyə, Rusiya şirkətinin təmsilçisi bildirib.

 

Rusiya tərəfi bunu «yanlış addım» kimi dəyərləndirib.

 

Təmsilçi ABŞ-ın bu davranışından dərin təəssüf hiss keçirdiklərini vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495
avatar

Oxşar yazılar