ABŞ baş prokuroru Erik Holder istefa verdiyini elan edib. Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə “Röyters” agentliyinə ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsi bildirib.
Məlumatda qeyd olunub ki, Holder istefaya getmək qərarını Ağ Evdə keçiriləcək tədbir zamanı rəsmi elan edəcək.
Holder həmçinin bildirib ki, yaxın gələcəyə dair onun hələlik heç bir planı yoxdur.