Bu yaxınlarda Moskvanın ilhaq etdiyi Krıma Rusiya prezidenti Vladimir Putinin səfərinə Ağ ev münasibət bildirib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, ABŞ-ın milli təhlükəsizlik şurasının təmsilçisi Laura Maqnuson deyib: “Krımın Rusiya tərəfindən ilhaqını biz qəbul etmirik. Belə səfər isə yalnız gərginliyin artmasına xidmət edir ”.
Paradda çıxış edən Vladimir Putin veteranlara müharibə zamanı göstərdiyi qəhrəmanlığa və “Krımla Sevastopolun Rusiyanın tərkibinə qaytarılmasındakı xidmətlərinə” görə minnətdarlığını bildirib.