“Ələvi” Fonduna mənsub olan Manhettemdəki 36 mərtəbəli “göydələnin” müsadirə edilməsi haqda ABŞ məhkəməsinin çıxardığı qərarı İran hakimiyyəti kəskin tənqid edib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, buna səbəb kimi binanın yiyəsinin İranın “Milli Bank”-ına pul köçürməsi göstərilib.
ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiya qüvvədə olduğundan belə köçürmələr qanunsuz sayılır.
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Mərziyyə Əfxam deyib ki, bina xeyriyyə cəmiyyətinə mənsubdur və onun müsadirə edilməsi ABŞ məhkəmə sisteminin “ədalətli olmasının üzərinə kölgə salır”.
Binanın satışından əldə edilən pul amerikalıların İranı suçlu bildiyi terror aksiyaları qurbanlarının qohumlarına veriləcək.