ABŞ-ın Oklahoma-Siti şəhərində (Oklahoma ştatı) tornado baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Oklahoma-Siti şəhər aeroportunun bütün əməkdaşları və sərnişinlər hava limanından təxliyyə edilib.
Şəhərin cənub-qərb bölgəsində yaşayış evlərinə ciddi ziyan dəyib. Belə ki, güclü külək ağacları aşırıb, nəqliyyatın hərəkəti çətinləşib, elektrik naqilləri sıradan çıxıb.
Oklahoma-Sitinin yaxınlığında yerləşən Bric-Krik şəhərində 25, Amber şəhərində isə 10 ev dağılıb.
Təbii fəlakət Nebraska ştatında da fəsadlar törədib, güclü külək 15 evə ciddi ziyan vurub. Ölən və xəsarət alanlar barədə məlumat verilmir.