ABŞ-da təyyarə yandı: 15 yaralı
30 oktyabr 2015 02:25 (UTC +04:00)

ABŞ-da təyyarə yandı: 15 yaralı

ABŞ-ın Florida ştatında “Dynamic Airways” aviaşirkətinə məxsus “Boeing 767” təyyarəsinin göyərtəsində baş vermiş yanğın nəticəsində azı 15 nəfər xəsarət alıb.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə CNN telekanalı məlumat yayıb.  

 

Məlumata görə, insident ötən gün saat 20.30 radələrində baş verib. Uçuşa hazırlaşan və göyərtəsində 100 sərnişinin olduğu təyyarədə yanacağın  sızması yanğınla nəticələnib.   

 

Sərnişinlər yanğın başladıqdan 6 dəqiqə sonra təyyarədən evakuasiya edilib. Hazırda biri uşaq olmaqla 13 nəfərə tibbi yardım göstərilir.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 229
avatar

Oxşar yazılar