ABŞ-da silahlı şəxslər məktəbə girib atəş açdı: 2 yaralı
05 fevral 2015 07:49 (UTC +04:00)

ABŞ-da silahlı şəxslər məktəbə girib atəş açdı: 2 yaralı

ABŞ-ın Merilend ştatının Frederik şəhərində naməlum silahlılar məktəblərin birinə daxil olaraq atəş açıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 2 yeniyetmə xəsarət alıb.

 

Məktəblilərin həyatına təhlükə olmadığı bildirilir. Yerli “Frederick News-Post” qəzetinin məlumatına görə, atəş 4 nəfər qaradərili şəxslər tərəfindən açılıb. Hücumun motivləri məlum deyil. Hazırda polis hadisə ilə bağlı araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 120
avatar

Oxşar yazılar