ABŞ-da polisə dəhrə ilə hücum edən yeniyetmə güllələndi
21 dekabr 2014 08:11 (UTC +04:00)

ABŞ-da polisə dəhrə ilə hücum edən yeniyetmə güllələndi

0
ABŞ-ın Kaliforniya ştatında polis əməkdaşı ona maçete ilə (dəhrə) hücum edən 17 yaşlı yeniyetməyə atəş açaraq öldürüb.
 
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, yeniyetmənin telefon dirəyinə zərbələr endirdiyini görən polis əməkdaşı ona yaxınlaşıb onu sakitləşdirməyə çalışıb. Buna cavab olaraq yeniyetmə asayiş keşikçisinə maçete ilə hücum edib.  
 
Məlumata görə, zərbələrdən dirsəyi ilə qorunan polis zabiti xidməti silahdan istifadə etməyə məcbur olub. Polis tapançadan ona hücum edən gəncə atəş açaraq hadisə yerinə yardım çağırıb.
 
Qol və üz nahiyəsindən xəsarətlər alan polis əməkdaşı xəstəxanaya aparılıb
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 337

Oxşar yazılar