ABŞ-da naməlum şəxs kinoteatrda atəş açdı: 2 ölü, 4 yaralı
24 iyul 2015 07:27 (UTC +04:00)

ABŞ-da naməlum şəxs kinoteatrda atəş açdı: 2 ölü, 4 yaralı

0

ABŞ-ın Luiziana ştatında naməlum şəxs kinoteatrda atəş açıb.

 

APA-nın “Daily Advertiser” qəzetinə istinadən verdiyi xəbərə görə, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

 

Nəşrin məlumatına əsasən, insident Lafayet şəhərində yerləşən “Grand Theatre” kinoteatrında qeydə alınıb.

 

Ətrafdakılara atəş açan naməlum şəxs daha sonra intihar edib. Hazırda hadisənin təfərrüatları müəyyənləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 275

Oxşar yazılar