ABŞ-ın Baltimor şəhərində ötən gün iğtişaşlar zamanı azı 5 jurnalist zəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli KİV-lər məlumat yayıb.
Məlumata görə, xəsarət alanlar arasında hadisələri işıqlandırmağa çalışan müxbirlər və fotoqraflar var.
Bankomatın qarət olunmasının şahidi olan “Daily Caller” Vaşinqton nəşrinin iki müxbiri 6 nəfər tərəfindən döyülüb. Daha bir neçə müxbir isə etirazçılardan müsahibə götürməyə cəhd edərkən döyülüb.
Qeyd edək ki, ABŞ-ın Baltimor şəhərində (Merilend ştatı) polislə etirazçılar arasındakı toqquşmalar zamanı 200 nəfər saxlanılıb.
İğtişaşlar nəticəsində 144 avtomobil və 15 bina yandırılıb.
Qarşıdurma zamanı şəhərin bir neçə böyük alış-veriş mərkəzi talan edilib.
Xatırladaq ki, toqquşmalara səbəb 25 yaşlı qaradərili Freddi Qreyin polis tərəfindən saxlanılmasından bir həftə sonra xəstəxanada vəfat etməsi olub.