ABŞ-da həbsxanadan qaçan məhbus 56 ildən sonra yaxalandı
06 may 2015 04:38 (UTC +04:00)

ABŞ-da həbsxanadan qaçan məhbus 56 ildən sonra yaxalandı

0

ABŞ-da 1959-cu ildə həbsxanadan qaçan şəxs saxlanılıb.   APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, Ohayo ştatının sakini Frenk Freşuoters idarə etdiyi avtomobillə piyadanı vurub öldürdüyünə görə 1957-ci ildə həbs cəzasına məhkum edilib.  1959-cu ildə həbsxanadan qaçmağa müvəffəq olan  Frenk Freşuoters o vaxtdan axtarışda olub. Məlumata görə, o 1975-ci ildə Qərbi Virciniya ştatında həbs olunub, lakin qubernator naməlum səbəbdən onu ekstradisiya etməkdən imtina edib.  

 

Onun başqa ştatın ərazisində saxlanıldığı bildirilir. Hazırda Frenk Freşuoters barəsində həbs-qətimkan tədbiri seçilib. Onun yaxın zamanda Ohayo ştatına ekstradisiya olunacağı gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 363

Oxşar yazılar