ABŞ-ın Missuri ştatında fövqəladə vəziyyət elan edildi
11 avqust 2015 13:28 (UTC +04:00)

ABŞ-ın Missuri ştatında fövqəladə vəziyyət elan edildi

0

ABŞ-da fövqəladə vəziyyət elan edilib. Lent.az-ın Xarici KİV-ə istinadən məlumatına görə, Missuri ştatında Ferquson qəsəbəsində qara dərili Maykl Brounun öldürülməsinin  il dönümünü ilə əlaqədar aksiya keçirilib. 100-dən artıq aksiyaçı qəsəbədə yerləşən Tomas F. Eagleton Fedaral Məhkəməsinə yürüş edərək, binaya girmək istəyib. Lakin aksiyaçılar polis barikadasını aşa bilməyib. Protestlərdə 50-dən artıq vətəndaş saxlanılıb.

 

Qəsəbənin yerli idarə orqanları hadisələrlə bağlı fövqəladə vəziyyət elan edib.

 

Qeyd edək ki, keçən il qəsəbədə qara dərili Maykl Broun ağ dərili polis tərəfindən vəhşicəsinə öldürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 453

Oxşar yazılar