ABŞ-da daşqınlar, ölən və xəsarət alanlar var
15 iyul 2015 07:14 (UTC +04:00)

ABŞ-da daşqınlar, ölən və xəsarət alanlar var

0

ABŞ-ın Kentukki ştatında baş verən daşqınlar nəticəsində 2 nəfər ölüb.

 

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, daha 15 nəfər xəstəxanalara yerləşdirilib, azı 6 nəfər itkin düşmüş hesab edilir.

 

Təbii fəlakət nəticəsində Kentukki ştatında 150 evin tam və yaxud qismən dağıldığı bildirilir. Hazırda qəza zonasında axtarış-xilasetmə tədbirləri davam etdirilir. Bir çox yolların su altında qalması xilasedicilərin işlərini çətinləşdirir.

 

Qeyd edək ki, təbii fəlakətlə əlaqədar Kentukki ştatında fövqəladə vəziyyət elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar