ABŞ-da daşqınlar: 2 ölü
31 oktyabr 2015 05:32 (UTC +04:00)

ABŞ-da daşqınlar: 2 ölü

0

ABŞ-ın Texas ştatında sel və daşqınlar nəticəsində 2 nəfər ölüb, daha 1 nəfər itkin düşüb.

 

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, xilasedicilər Trevis dairəsində itkin düşmüş sayılan 50 yaşlı kişinin cəsədini aşkar ediblər.   

 

Daha bir kişinin cəsədi San-Antonio şəhəri yaxınlığında tapılıb. Onun maşınını sel aparıb. Bir qadın isə itkin düşmüş hesab edilir.

 

Ştatda müvəqqəti olaraq hava limanlarının fəaliyyəti dayandırılıb. Qeyd olunur ki, təbii fəlakət ən çox San-Antonio və Ostin şəhərlərinə ziyan vurub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 371

Oxşar yazılar