ABŞ-ın Texas və Oklahoma ştatlarında daşqınlar nəticəsində ölənlərin sayı 19-a çatıb.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, daha 13 nəfər itkin düşmüş hesab edilir.
Daşqınlar şiddətli yağan yağışlardan sonra ölkədə əmələ gəlib. Təbii fəlakət ərazisində yüzlərlə tikili dağılıb, 2 minədək insan evsiz qalıb.
Sinoptiklərin proqnozlarına əsasən, bölgədə güclü külək və leysan yağışlar azı iki gün davam edəcək.