ABŞ-da daha bir qaradərili gənci polis tərəfindən güllələndi
09 avqust 2015 02:57 (UTC +04:00)

ABŞ-da daha bir qaradərili gənci polis tərəfindən güllələndi

0

Texas ştatının Dallas şəhərində polis əməkdaşı silahsız qaradərili gənci güllələyib. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə,   19 yaşlı Kristian Teylor avtomobillə  qapıları  qıraraq avtosalona daxil olduqdan sonra polisə qarət barədə məlumat daxil olub. Teylor hadisə yerinə gələn  polis əməkdaşına müqavimət göstərdikdə 49 yaşlı asayiş keşikçisi Bred Miller xidməti silahından onu güllələyib.

 

Məlumata görə, insident sosial şəbəkələrdə rezonansa səbəb olub. Əsasən də, müşahidə kameralarının hadisəni qeydə almadığı barədə xəbər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar