ABŞ-da idarəetməni itirən sərnişin avtobusu bankın binasına çırpılıb.
APA-nın CBS telekanalına istinadən verdiyi xəbərə görə, insident Nyu-Cersi ştatında qeydə alınıb.
Qəza nəticəsində azı 1 nəfərin öldüyü bildirilir. Xəsarət alanların dəqiq sayı barədə hələlik məlumat yoxdur. CBS-in məlumatına görə, avtobus bank binasının bir hissəsini uçurub.
Xatırladaq ki, iyun ayında Nyu-York- Nyu-Cersi marşrutu ilə hərəkət edən sərnişin avtobusu kanadalı tələbələri daşıyan avtobusla toqquşmuşdu.