ABŞ-da silahlı insident: 3 ölü, 9 yaralı- <span style="color:red;">YENİLƏNİB-2
28 noyabr 2015 06:52 (UTC +04:00)

ABŞ-da silahlı insident: 3 ölü, 9 yaralı- YENİLƏNİB-2

0

ABŞ-ın Kolorado-Sprinqs şəhərində silahlı insident nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, ölənlərdən 2-si mülki şəxs, 1 isə polis əməkdaşıdır.

 

Dəqiqləşdirilmiş məlumata əsasən, 5 hüquq-mühafizə orqanları əməkdaşı və 4 mülki şəxs xəstəxanalara yerləşdirilib. 

 

***

 

ABŞ-ın Kolorado-Sprinqs şəhərində tibb mərkəzində atışma törədən şəxs həbs edilib.

 

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis nümayəndəsi bildirib.

 

Məlumata əsasən, silahlı insident nəticəsində 2 nəfər ölüb, 5-i polis olmaqla 11 nəfər yaralanıb.

 

Həbsin təfərrüatları hələlik açıqlanmır. Hadisə yerində 150 polis əməkdaşının işlədiyi bildirilir.

 

Silahlı insident “Planned Parenthood” qeyri-kommersiya təşkilatına məxsus Ailə Planlaşdırma mərkəzində baş verib . Qeyd olunur ki, əvvəllər bu təşkilata məxsus mərkəzlərin bir neçəsi abort əleyhdarlarının hücumuna məruz qalıb.  

 

***

 

ABŞ-ın Kolorado-Sprinqs şəhərində silahlı insident nəticəsində xəsarət alanların sayı 9-a çatıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbər görə, onlardan 4-ü polis əməkdaşlarıdır.

 

Hadisə yerinə xüsusi təyinatlılar və Federal Tədqiqatlar Bürosunun agentləri cəlb edilib. İnsident Kolorado-Sprinqs şəhərində yerləşən Ailə Planlaşdırma mərkəzində baş verib.

 

Qeyd olunur ki, ABŞ prezidenti Barak Obama insidentlə bağlı məlumatlandırılıb.

 

Bundan əvvəl tibb mərkəzinin yanında baş verən atışma nəticəsində 1 nəfərin öldüyü, 3 polis əməkdaşının yaralandığı bildirilirdi.

 

***

 

ABŞ-da silahlı insident baş verib. APA-nın Associated Press agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Kolorado-Sprinqs şəhərində qeydə alınıb.

 

İlkin məlumata əsasən, tibb mərkəzinin yanında baş verən atışma nəticəsində 1 nəfər ölüb, 3 polis əməkdaşı yaralanıb.

 

Hadisənin təfərrüatları barədə hələ ki, məlumat verilmir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 642

Oxşar yazılar