ABŞ-da 7 yaşlı qız təyyarə qəzasından sağ çıxdı
03 yanvar 2015 22:17 (UTC +04:00)

ABŞ-da 7 yaşlı qız təyyarə qəzasından sağ çıxdı

0

ABŞ-ın Kentukki ştatında baş vermiş təyyarə qəzasında 7 yaşlı qız sağ qalıb.

 

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, qəza nəticəsində onun valideynləri, 9 yaşlı bacısı və 14 yaşlı əmisi oğlu ölüb.

 

Kiçik təyyarənin qəzaya uğramasından sonra qız çaşqın vəziyyətdə və ayaqyalın yaxınlıqdakı kəndə gedib və təyyarə qəzası barədə yerli sakinlərdən birinə məlumat verib. O da xilasetmə xidmətinə zəng edib.

 

Qəzanın səbəbi hələ ki bəlli deyil. Qohumlarının istəyi ilə sağ qalan qızın adı açıqlanmır. O, xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 325

Oxşar yazılar