
ABŞ-da 30 ildir edamını gözləyən məhkum günahslız çıxdı
Amerikanın Alabama ştatının həbsxanasından 30 il edam olunacağı günü gözləyən kişi azadlığa buraxılıb.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, 58 yaşlı Rey Hinton ikiqat qətlə görə "ölümə məhkumlar kamerası"nda həbsdə olub.
"Mən 30 il "ölümə məhkumlar kamerası"nda yatmamalı idim. Onların görməli olduğu bircə iş var idi, o da, tapançanı yoxlamaq", - deyə Hinton türmənin çıxışında bildirib.
Hinton 1985-ci ildə iki restoran menecerinin qətlində müqəssir bilinib. Cinayətin törədildiyi yerdə tapılan güllələr onun müqəssir olduğunu sübuta yetirən yeganə dəlil olub. Hintonun vəkili ballistik ekspertiza aparmaq üçün mütəxəssis tapa bilməyb.
"O, kasıb olduğu üçün məhkum edildi", - deyə "Bərabər ədalət" təşkilatının vəkili bildirib.
Oxşar yazılar

İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39