ABŞ-da 100 min viza ləğv edildi:  Trampın fərmanından sonra
03 fevral 2017 22:08 (UTC +04:00)

ABŞ-da 100 min viza ləğv edildi: Trampın fərmanından sonra

ABŞ prezidenti Donald Trampın imzaladığı miqrasiya fərmanlarından sonra 100 mindən çox viza ləğv olunub.

 

APA-nın xəbərinə görə, bu barədə “The Washington Post” qəzeti yazıb.

 

Məlumata görə, bu rəqəm ABŞ-a buraxılmayan iki Yəmən vətəndaşının işi üzrə məhkəmədə səsləndirilib.

 

Qeyd edək ki,  D. Tramp ötən həftə  İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 155

Oxşar yazılar