Abramoviç evində yeraltı hovuz tikəcək: 40 milyon dollara
16 fevral 2016 05:16 (UTC +04:00)

Abramoviç evində yeraltı hovuz tikəcək: 40 milyon dollara

0

Rusiyalı sahibkar Roman Abramoviç Londonda yerləşən evində yeraltı hovuz tikəcək.

 

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, bu hovuz rusiyalı biznesmənə 40,5 milyon dollara başa gələcək.

 

Abramoviç Londonun prestijli rayonlarından sayılan Kensinqton da yerləşən evinin yeraltı hovuz tikintisinə icazəni artıq alıb. Verilən məlumata görə, hovuzun tikintisi “Çelsi”nin sahibinə 28 milyon funt sterlinqdə (40,5 milyon dollara) başa gələcək. Onun evinin dəyəri isə 159 milyon dollardır. Yeraltı kompleksin tikintisindən sonra mülkiyyətin sahəsi 1,5 kv dən 1,86 kv-ə qədər artacaq.

 

Dünyanın ən məşhur futbol komandalarından olan "Çelsi"nun sahibi, milyarder Roman Abramoviç həmçinin yaxta həvəskarı kimi tanınır. Abramoviç  163 metr uzunluğu və 1.2 milyon dollar dəyərində olan “Eclipse” adlı ultra lüks yaxtası ilə səyahətə çıxmağı çox xoşlayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar