Avropa Birliyi iyunun 27-də Ukrayna ilə Assosiasiya haqqında Razılaşma müqaviləsini imzalamaq niyyətindədir.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, bu haqda Litvanın prezidenti Dalya Qribauskayte açıqlama verib.
“Bu məsələ şuranın iyun toplantısının gündəliyindədir. Əgər dəyişiklik baş verməzsə, o zaman biz iyunda müqaviləni imzalaya bilərik”-deyə, o, vurğulayıb.
Mənbə xatırladıb ki, bir müddət öncə Gürcüstanın da iyunun 27-də Brüsseldə Avropa Birliyi ilə Assosiasiya haqqında razılaşmanı imzalayacağına dair xəbər yayılmışdı.