AB Rusiyaya qarşı yeni sanksiyaları gələn həftə müzakirə edəcək
14 aprel 2014 23:17 (UTC +04:00)

AB Rusiyaya qarşı yeni sanksiyaları gələn həftə müzakirə edəcək

Avropa Birliyinin (AB) liderləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı gələn həftə yığıncaq keçirəcək.

 

Lent.az-ın “gazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda “Röyter” xəbər yayıb.

 

Məsələ haqda Fransanın xarici işlər naziri Loran Fabius açıqlama verib: “Hazırda sanksiya tətbiq ediləcək şəxslərin siyahısını genişləndirmək üçün araşdırma aparılır”.

 

Xatırladaq ki, Avropa Birliyi martın 21-də Krımı özünə birləşdirəndən sonra Rusiyanın 12 rəsmisinə sanksiya tətbiq edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 416
avatar

Oxşar yazılar