Mayın 9-da Avropa Birliyi (AB) Rusiyaya qarşı yeni sanksiyaların prinsiplərini razılaşdırıb.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, bu haqda “Röyter” xəbər yayıb.
Mənbə bildirib ki, Avropa Birliyinin “qara siyahısı” genişləndiriləcək, ora 15 nəfərin, eləcə də daha Krımda yerləşən 5 şirkətin adı əlavə ediləcək.
Məlumata əsasən, adları “qara siyahıya” düşən fiziki şəxslərin Avropa Birliyi ölkələrinə girişi yasaqlanacaq, bank hesabları dondurulacaq.
Genişləndirilmiş sanksiyalar haqda qərar mayın 12-də Ukraynadakı vəziyyətdən asılı olaraq, AB dövlətləri xarici işlər nazirlərinin sammitində qəbul edilək.
Xatırladaq ki, separatçılar mayın 11-də Donetskin Ukraynadan ayrılması ilə bağlı referendumun keçiriləcəyi gözlənilir.