"Suriya Kürdüstan"ı Rusiyada nümayəndəlik açır
20 oktyabr 2015 05:49 (UTC +04:00)

"Suriya Kürdüstan"ı Rusiyada nümayəndəlik açır

0

Rusiyada “"Suriya Kürdüstanı"nın rəsmi nümayəndəliyi açıla bilər.

 

APA-nın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bununla əlaqədar Rusiya  xarici işlər nazirliyində Demokratik Birlik Partiyasından olan Suriya kürdlərinin iştirakı ilə məsləhətləşmələrin keçiriləcəyi gözlənilir.

 

Kürdlərin qənaətinə görə, nümayəndəliyin Moskvada fəaliyyətə başlaması Suriyada İŞİD-ə qarşı mübarizədə tərəflərin əməkdaşlığına köməklik göstərə bilər. Rusiya xarici işlər idarəsində məlumatı hələ ki, təsdiqləməyiblər.

 

Öz növbəsində, türk diplomatik mənbələrindən “Kommersant”-a bildiriblər ki, bu cür addım rəsmi Ankaranın sərt reaksiyasına səbəb olacaq. Məlum olduğu kimi, Demokratik Birlik Partiyası Türkiyənin parçalanmasına çalışan PKK terror təşkilatının qoludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 405

Oxşar yazılar