Nazarbayev Rusiya ilə Türkiyəni barışığa çağırdı
30 noyabr 2015 21:36 (UTC +04:00)

Nazarbayev Rusiya ilə Türkiyəni barışığa çağırdı

0

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Su-24 təyyarəsi ilə bağlı insidentlə əlaqədar birgə komissiyanın yaradılmasına çağırıb.

 

APA-nın məlumatına görə, bu barədə RİA "Novosti" xəbər verib.

 

“Nə qədər çətin olsa da, hesab edirəm ki, birgə araşdırıcı komissiya yaradılmalı, araşdırma aparılmalı, günahkarlar müəyyən edilərək cəzalandırılmalıdır, səhvlər etiraf, münasibətlər isə bərpa edilməlidir. Mən Rusiya və Türkiyədəki dostları buna çağırıram”, deyə N.Nazarbayev bildirib.

 

Qazaxıstan prezidenti qeyd edib ki, o, baş nazir S.Dəmirəl və prezident B.Yeltsinin vaxtından uzun illər Rusiya və Türkiyənin mövqelərini yaxınlaşdırmaq üçün çalışıb. “İndi isə bu səylər boşa çıxa bilər”, deyə N.Nazarbayev vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 574

Oxşar yazılar