Moskvada itkin düşən azərbaycanlı qızın donaraq öldüyü ehtimal edilir
16 mart 2015 13:22 (UTC +04:00)

Moskvada itkin düşən azərbaycanlı qızın donaraq öldüyü ehtimal edilir

Üç ay əvvəl Moskva vilayətində itkin düşən 17 yaşlı Qumru Mirsaleh qızı Əhmədovanın donaraq öldüyü ehtimal edilir.

 

APA-nın Moskva müxbirinin məlumatına görə, bu gün Q.Əhmədovanın ailəsi tapılmış meyitə baxış keçirib. Əhmədovlar ailəsi cəsədi aşkarlanan şəxsin Qumru Əhmədova olduğunu təsdiqləyib.

 

Moskva vilayətinin Dolqoprudnıy şəhərindəki Azərbaycan diasporunun rəhbəri Namus Nağıyev APA-ya açıqlamasında bildirib ki, dünən axşam saatlarında polis Qumru Əhmədovanın atasında zəng edərək cəsədin tapıldığını deyib: "Qumrunun donmuş cəsədi onun itkin düşdüyü yerdən 10 dəqiqəlik məsafədə yerləşən kombinatın həyətində tapılıb. Meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. Üstündəki telefon, qızıl əşyalarına toxunulmayıb. Qızı qarın altından tapıblar. Müstəntiqlər hələ ki, araşdırma aparırlar. Hadisə ilə bağlı yaxın vaxtlarda ətraflı məlumat veriləcək".

 

Qeyd edək ki, Dolqoprudnıy rayonunda yerləşən orta məktəbin 11-ci sinif şagirdi, 17 yaşlı Qumru Əhmədova dekabrın 26-da sinif yoldaşları ilə birlikdə bir məclisdə olub. Sinif yoldaşlarının dediyinə görə, Qumru ilk dəfə imiş ki, onlarla birgə məclisdə olurmuş. Deyilənlərə görə, valideynlərindən icazəsi ilə sinif yoldaşları ilə birgə dərs ilinin ikinci rübünün bitməsini qeyd edən Qumru orada olan zaman çox narahat imiş. O, saat 16:00 radələrində anasının zəngindən sonra sinif yoldaşıgildən evə getmək adı ilə çıxıb. Elə həmin vaxtdan ondan bir xəbər alınmayıb.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 456
avatar

Oxşar yazılar