"İsrail nüvə razılaşmasından narahatdır” - İran səfiri
19 yanvar 2016 15:06 (UTC +04:00)

"İsrail nüvə razılaşmasından narahatdır” - İran səfiri

 

 

“İsrail İranla əldə edilən razılaşmadan narahatdır”.

 

APA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Möhsun Pak Ayin deyib.

 

Səfir əlavə edib ki, bu, razılaşma İsrailin məğlubiyyətidir: “İsrail bu 12 ildə saxta sənədlərlə İranın nüvə silahı əldə etmək istəyində olduğunu göstərməyə çalışırdı. Lakin Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatı göstərdi ki İsrailin bütün iddiaları əsassızdır. Bu rejim daim İranın sanksiyalara məruz qalaraq, zəifləməsini istəyib. İsrailin bu səyləri nəticəsiz qaldı. İsrail bundan sonra da razılaşmanın icrasına maneə törədəcək. Lakin “5+1” ölkələri İranla bu razılaşmanın həyata keçirilməsini dəstəkləyəcək”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 312

Oxşar yazılar