"İŞİD"-in neft emalı zavodları məhv edildi
01 oktyabr 2014 02:57 (UTC +04:00)

"İŞİD"-in neft emalı zavodları məhv edildi

“İslam Dövləti” qruplaşmasının Suriyada ələ keçirdiyi neft emalı zavodlarının, demək olar ki, hamısı məhv edilib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə “Washington Times” nəşrinə Pentaqonun anonim qalmaq istəyən nümayəndəsi bildirib.

 

Qeyd edək ki, “İslam Dövləti”nə qarşı mübarizəyə qalxan beynəlxalq koalisiyanın hava qüvvələri son günlər Suriyada qruplaşmanın nəzarətində olan neft və qaz emalı zavodlarına zərbələr güclü endirib.  

 

Nəşrin məlumatına əsasən, hava zərbələri nəticəsində qruplaşmanın maliyyələşməsinin mənbəyi olan təxminən 20 neft emalı zavodlarından 16-sı məhv edilib. Sentyabrın 24-də ABŞ HHQ Mərkəzi Komandanlığı Suriyadakı 12 neft emalı zavodunun bombalandığını, sentyabrın 28-də isə daha 4 müəssisəyə zərbələr endirildiyni elan edib.  

 

“Washington Times” qeyd edir ki, beynəlxalq koalisiya bundan sonra İraqda “İslam Dövləti” üçün nəzərdə tutulmuş ərzaq və dərman anbarlarını məhv etməyə çalışacaq. “Suriyada onların, əsasən, logistika qovşaqları, təchizat və maliyyə mənbələri yerləşir”, deyə Pentaqon nümayəndəsi bildirib.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1189
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35